Elgiz Əlizadə liseyimizdə kapoeyra idman növünü tədris edir

Elgiz Əlizadə liseyimizdə kapoeyra idman növünü tədris edir

Elgiz Əlizadə liseyimizdə kapoeyra idman növünü tədris edir

Elgiz Əlizadə liseyimizdə kapoeyra idman növünü tədris edir

Kaspi Ağ Şəhər Liseyinin əməkdaşı Elgiz Əlizadə idman sahəsində göstərdiyi əvəzsiz xidmətlərinə görə yüksək mükafatla təltif edilib.

kaspi.edu.az xəbər verir ki, E.Əlizadə Azərbaycan Kapoeyra Federasiyasının vitse-prezidenti və baş məşqçisidir. O, kapoeyra idman növünün ölkədə inkişafı, populyarlaşdırılması və gənclərin idmana cəlb olunması sahəsində mühüm nailiyyətlər qazanıb.

Qeyd edək ki, 2024-cü ilin idman yekunları ilə bağlı keçirilən rəsmi tədbirdə Prezident İlham Əliyev tərəfindən Elgiz Əlizadəyə mənzil hədiyyə olunub. Bu yüksək mükafat Elgiz Əlizadənin idmana verdiyi töhfələrin, eləcə də kapoeyranın Azərbaycanda bir idman növü kimi geniş yayılmasında onun əvəzsiz rolunun yüksək qiymətləndirilməsinin təsdiqidir.

“Elgiz Əlizadə liseyimizdə kapoeyra idman növünü tədris edir. Bununla da o, bu idman növünü şagirdlərə sevdirir və onları yarışlara hazırlayır. İdman ustası uşaqların fiziki sağlamlığının qorunmasında mühüm rol oynayır”- deyə liseydən bildirilib.

kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты