Ekskursiya zamanı şagirdlər şairin şəxsi əşyaları, əsərləri və yaşadığı mühitlə yaxından tanış olublar
14 Январь 2025

Kaspi Ağ Şəhər Liseyi İbtidai korpusunun 3D,3E, 3F sinif şagirdləri və müəllim kollektivi Xalq şairi Səməd Vurğunun Ev muzeyinə ekskursiya ediblər.
Liseydən bildirilir ki, görkəmli şairin ev-muzeyinə ekskursiyanın məqsədi Səməd Vurğunun həyatını və yaradıcılığını şagirdlərə daha yaxşı tanıtmaqdır: “Şagirdlər üçün Xalq şairinin ədəbiyyata və mədəniyyətə verdiyi töhfələri bilmək çox əhəmiyyətlidir. Bu ekskursiya zamanı şagirdlər şairin şəxsi əşyaları, əsərləri və onun yaşadığı mühitlə yaxından tanış oldular. Bu, poeziyaya maraq yaratmaq və milli mədəni irsimizi daha dərindən başa düşmək üçün gözəl bir imkandır”.
Qeyd edək ki, Kaspi Liseyində şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin bilik və məlumatlılıqlarının artırılması məqsədilə mütəmadi olaraq müxtəlif muzeylərə ekskursiyalar təşkil olunur.
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.