Bakıxanov liseyi yarışın qalibi oldu

Bakıxanov liseyi yarışın qalibi oldu

Bakıxanov liseyi yarışın qalibi oldu

Bakıxanov liseyi yarışın qalibi oldu

Bakı şəhərində keçirilən “Şən startlar” idman yarışında Kaspi Bakıxanov liseyi və Ağ Şəhər liseyinin ibtidai sinif şagirdləri komanda ruhu ilə maraqlı mübarizə aparıblar. Hər iki liseyin şagirdləri çeviklik, sürət və əzmkarlıqlarını nümayiş etdirərək müxtəlif idman tapşırıqlarını uğurla yerinə yetiriblər.

Bakıxanov liseyinin Jurnalistika dərnəyinin şagirdlərinin kaspi.edu.az-a verdiyi məlumata görə, yarış dostluq və sağlam rəqabət ab-havasında keçib və hər iki liseyin yüksək hazırlığı və birlik ruhu izləyicilər tərəfindən alqışlarla qarşılanıb: “Bu qələbə, məktəbin idman sahəsindəki gücünü və şagirdlərinin fiziki hazırlığının yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Bakıxanov liseyinin şagirdləri yarış boyunca həm əzmkar, həm də komandada yüksək əməkdaşlıq nümayiş etdirdilər. Bu da onların uğurunun əsas amillərindən biri oldu. Bu yarış, həm də məktəblilər arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, idman və təhsil fəaliyyətlərinin birləşməsinə böyük töhfə verdi”.

Yarış Bakıxanov liseyinin ibtidai sinif şagirdlərinin qalibiyyəti ilə başa çatıb. Qaliblər mükafatlandırılıb və hər iki liseyin komandasına təşəkkür elan olunub. Qeyd edilib ki, yarış şagirdlərə həm əyləncəli, həm də faydalı bir təcrübə qazandırıb.

kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты