Ağ Şəhər və Bakıxanov liseylərinin 5-ci və 6-cı sinif şagirdləri yarışıblar

Kaspi Bakıxanov liseyində Riyaziyyat bilik yarışı keçirilib. Yarışda Ağ Şəhər və Bakıxanov liseylərinin 5-ci və 6-cı sinif şagirdləri iştirak ediblər. “Bilik yarışı həm şagirdlər, həm də hər iki lisey üçün əhəmiyyətli bir tədbir oldu. Bu yarış şagirdlərin riyazi düşünmə, məntiqi analiz və problemləri sürətli həll etmə bacarıqlarını inkişaf etdirməyə kömək etdi”- deyə liseyin məlumatında qeyd edilib.

Ümumilikdə liseylərin 5-6-cı sinif şagirdlərinin bir araya gəlməsi onlar arasında sağlam rəqabət və dostluq mühiti yaradıb. “Belə tədbirlər məktəblər arasında əməkdaşlığı gücləndirir və təhsil mühitində qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradır. Şagirdlər öz biliklərini nümayiş etdirməklə yanaşı, həm də yeni dostlar qazanmaq və motivasiyalarını artırmaq imkanı əldə etdilər. Bu cür yarışlar uşaqlarda özünəinamın formalaşmasına və gələcək nailiyyətlər üçün stimul yaranmasına səbəb olur”. Bilik yarışı hər iki lisey üçün uğurlu və faydalı bir təhsil təşəbbüsü kimi yadda qalıb.

Kaspiliseyi.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты