“Valideynlərlə səmərəli ünsiyyət”

“Valideynlərlə səmərəli ünsiyyət”

“Valideynlərlə səmərəli ünsiyyət”

“Valideynlərlə səmərəli ünsiyyət”

Tədbir həm pedaqoji fəaliyyətin effektivliyini artırmaq, həm də məktəb–valideyn əməkdaşlığının keyfiyyətini yüksəltmək baxımından əhəmiyyət kəsb edir

Kaspi Ağ Şəhər liseyində rus bölməsinin 5–11-ci sinifləri üzrə direktor müavini Səbinə Hüseynova tərəfindən “Valideynlərlə səmərəli ünsiyyət” mövzusunda təlim keçirilib.

“Təlimin əsas məqsədi müəllimlərin valideynlərlə qarşılıqlı əməkdaşlıq prosesində daha effektiv, açıq və konstruktiv ünsiyyət bacarıqlarının formalaşdırılması, həmçinin pedaqoji fəaliyyətin keyfiyyətinin artırılmasına xidmət edən yeni yanaşmaların tətbiqi olub.

Təlim interaktiv metodlarla zənginləşdirilib, müəllimlərin yalnız dinləyici deyil, eyni zamanda prosesin fəal iştirakçıları qismində çıxış etmələrinə şərait yaradılıb. Təlimin gedişində müəllimlər qrup və müzakirələrə cəlb olunub, praktiki tapşırıqlar vasitəsilə ünsiyyət strategiyalarını təcrübədən keçirib, müxtəlif pedaqoji situasiyaların modelləşdirilməsi yolu ilə real həyatda qarşılaşa biləcəkləri problemlərin həlli üzrə bacarıqlarını inkişaf etdiriblər”.

Vurğulanıb ki, valideynlərlə səmərəli ünsiyyət yalnız şagirdin akademik nəticələrinə deyil, həm də onun sosial və emosional inkişafına mühüm təsir göstərir. Müəllimlərin valideynlərlə düzgün və davamlı dialoq qura bilməsi, onlarla qarşılıqlı etimad əsasında əməkdaşlıq etməsi, şagirdlərin təhsil mühitində özlərini daha inamlı, dəstəklənmiş və dəyərli hiss etmələrinə şərait yaradır.

Ümumilikdə, keçirilən bu təlim müəllimlər üçün nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların da əldə olunmasına imkan yaradıb, pedaqoji heyətin kommunikativ kompetensiyalarının inkişafına mühüm töhfə verib. Beləliklə, tədbir həm pedaqoji fəaliyyətin effektivliyini artırmaq, həm də məktəb–valideyn əməkdaşlığının keyfiyyətini yüksəltmək baxımından strateji əhəmiyyət kəsb edən bir platforma kimi dəyərləndirilib.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız