Liseydə yeni tədris ili mühüm hədəfləri əhatə edəcək
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Liseydə yeni tədris ili mühüm hədəfləri əhatə edəcək
- 11 Sentyabr 2025
Liseydə yeni tədris ili mühüm hədəfləri əhatə edəcək
Liseyin valideynlərinə tədris prosesi haqqında məlumat verilib
Kaspi Ağ Şəhər Liseyində Azərbaycan bölməsinin 9-11-ci sinif şagirdlərinin valideynləri ilə görüş təşkil olunub.
Tədbir çərçivəsində liseyin direktoru Həsən Həsənov və direktor müavini Elvin İsgəndərov çıxış edərək yeni tədris ilinə hazırlıq prosesinin əsas istiqamətlərini, qarşıda duran vəzifələri və valideyn-məktəb əməkdaşlığının əhəmiyyətini geniş şəkildə izah ediblər: “Görüş zamanı valideynlərə tədris prosesində tətbiq ediləcək yeniliklər, şagirdlərin akademik inkişafını dəstəkləyən metodik yanaşmalar, həmçinin sosial fəaliyyətlərin onların şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsirlər barədə ətraflı məlumat verilib”.
Çıxışlarda vurğulanıb ki, qarşıdan gələn tədris ili yalnız biliklərin ötürülməsi ilə məhdudlaşmayacaq, eyni zamanda şagirdlərdə yaradıcı təfəkkürün inkişafı, analitik düşüncə qabiliyyətinin formalaşdırılması, milli-mənəvi dəyərlərə sadiqliyin möhkəmləndirilməsi və sosial məsuliyyət hissinin gücləndirilməsi kimi mühüm hədəfləri əhatə edəcək. Həmçinin qeyd olunub ki, valideynlərin məktəb mühitində aktiv iştirakı, müəllimlərlə qarşılıqlı əməkdaşlığı və şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması, onların həm akademik, həm də sosial uğurlarının təmin edilməsində mühüm rol oynayır: “Görüş ümumilikdə, yeni tədris ilinə daha sistemli və məqsədyönlü şəkildə başlamaq, valideynləri prosesin bir parçası kimi cəlb etmək və gələcək fəaliyyətlərdə birlikdə hərəkət etməyin zəruriliyini bir daha önə çıxarıb”.
Kaspi.edu.az