Liseyin müəllimlərinə təlim keçirilib

Liseyin müəllimlərinə təlim keçirilib

Liseyin müəllimlərinə təlim keçirilib

Bu cür fəaliyyətləri valideynlərlə də təşkil etmək nəzərdə tutulur.

Kaspi Bakıxanov liseyində "Sosial fəaliyyətlərin şagirdlərimizə qazandırdıqları" adlı təlim keçirilib.  

Liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın rəhbərliyi ilə  keçirilən təlim liseyin Azərbaycan və Cambridge bölmələri üçün iki fərqli gündə təşkil olunub.

”Tədbirdə sosial fəaliyyətlərin -  tədbir, müsabiqə, olimpiada və dərnəklərin şagirdlər üzərindəki müsbət təsirindən söhbət açılaraq fərqli ustad dərsləri nümayiş etdirildi. Fəaliyyətlərdə iştirak edən müəllimlər məmnun qalaraq ruhən və fiziki olaraq dincəldiklərini bildirdilər”- deyə komandanın rəhbəri G.Allahverdiyeva məlumat verdi ki, bu cür fəaliyyətləri valideynlərlə də təşkil etmək nəzərdə tutulur.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız