Seminarda valideyn-şagird, şagird-müəllim münasibətləri ön plana çəkilib
Kaspi Ağ Şəhər liseyinin ibtidai korpusunda “Valideyn məktəbi” adlı təlim keçirilib.
1-ci sinif şagirdlərinin motivasiyasını artırmaq və onların məktəb həyatına uyğunlaşmalarını dəstəkləmək məqsədi daşıyan təlimi psixoloq Məlahət Kazibekova həyata keçirib.
Liseydən verilən məlumata görə, seminar zamanı “Şüurlu valideynlik” nə deməkdir?”; “Valideyn-övlad”- davranış modeli” mövzuları müzakirə olunub. Seminarda həmçinin valideyn-şagird, şagird-müəllim münasibətləri ön plana çəkilib.
Tədbirdə liseyin ibtidai sinif müəllimləri iştirak ediblər.
kaspi.edu.az.
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.