Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi
- 13 Dekabr 2024
Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi
Kaspi Liseyində Ulu Öndərin Anım günü qeyd edilib
Kaspi Ağ Şəhər Liseyinin İbtidai korpusunda Ümummilli lider Heydər Əliyevin Anım gününə həsr olunmuş tədbir keçirilib. Ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səslənib.
kaspi.edu.az-a liseydən verilən məlumata görə, tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayış olunub və dahi liderin təhsilimizə verdiyi tövfələrdən söz açılıb.
Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən söz açıb: “Ulu Öndər Heydər Əliyev 30 ildən artıq bir müddətdə - istər sovet dövründə, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxarıb. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövrdə Ulu Öndər tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə edib, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, müstəqilliyini əbədi və dönməz edib. Ümummilli lider öz xalqının firavan sabahının qurulmasında, milli-mənəvi dəyərlərinin qorunmasında bütün həyatını bu amal uğrunda mübarizəyə həsr edən əsl vətənpərvər, müdrik şəxsiyyət kimi xalqımızın qəlbində yaşayır”. S.Vəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artıraraq, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradıb: “Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və dövlət başçımızın ətrafında daha sıx birləşib”.
Kaspi Ağ Şəhər Liseyinin direktoru Həsən Həsənov qeyd edib ki, Ulu Öndərin bənzərsiz ömür yolu, gərgin ictimai-siyasi fəaliyyəti müasir tariximizin mühüm və şərəfli mərhələsini təşkil edir: “Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yorulmadan fəaliyyət göstərən, müasir Azərbaycan intibahının başlanğıcını qoyan dahi şəxsiyyət kimi adını Azərbaycan xalqının qəlbinə və tarixinə yazdıran dahi liderdir. Təhsilimizə daim önəm verən Ulu Öndərin bütün həyat yolu gələcək nəsillər üçün böyük örnəkdir. Azərbaycanın gündən-günə güclənməsi, inkişaf etməsi, bölgənin lider ölkəsinə çevrilməsi Ulu Öndər siyasətinin nəticəsidir”.
Tədbirdə digər çıxışçılar da “Ümummilli Lider hər bir Azərbaycan vətəndaşının qəlbində özünə əbədiyaşar abidə ucaldıb. Nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev daima yaşayacaqdır.
Azərbaycan xalqı dövlətin qurucusu, dahi insan - Ulu öndər Heydər Əliyevi unutmur və heç zaman unutmayacaqdır”- deyə qeyd ediblər.
Mərasimdə Ulu Öndərin xatirəsinə həsr olunan şeirlər səslənib, bədii kompozisiya nümayiş etdirilib.
kaspi.edu.az