Proqram uşaqlar arasında əməkdaşlıq, hörmət, liderlik, əzmkarlıq bacarıqları formalaşdırır
Kaspi liseyində həyata keçirilən Destination İmagination layihəsinin qaliblərinə serifikatlar təqdim olunub.
Qeyd edək ki, STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) təhsilinin incəsənət və sosial sahibkarlıq ilə bir vəhdətini təklif edən layihə əsaslı öyrənmə proqramı şagirdlərin arzularını reallaşdırdığı mühiti yaratmağı hədəfləyir. Destination Imagination vasitəsilə təhsilalanlar 21-ci əsrin yaradıcı və tənqidi düşüncə, komanda işi, problem həll etmə, risk götürmə, layihələrin idarə edilməsi, səbir, etibar kimi bacarıqlarını inkişaf etdirəcəklər. Proqram uşaqlar arasında əməkdaşlıq, hörmət, liderlik bacarıqları, əzmkarlıq və dürüstlük kimi şəxsi keyfiyyətləri inkişaf etdirmək məqsədi daşıyır.
Liseydən verilən məlumata görə, 2 mərhələdən ibarət olan layihədə birinci yerə 8A-B komandası, ikinci yerə “Dilican” komandası, üçünci yerə isə “Tornado” komandası layiq görülüblər.
Liseyin direktoru Həsən Həsənov qalib komandalara sertifikatlar təqdim edib.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.