“Universal qarşılıqlı əlaqə bacarıqları” mövzusunda təlim

“Universal qarşılıqlı əlaqə bacarıqları” mövzusunda təlim

“Universal qarşılıqlı əlaqə bacarıqları” mövzusunda təlim

Tədbirdə pedaqoqikamizda mövcud olan paradiqma növlərindən söhbət  açılıb

Kaspi Ağ Şəhər liseyinin İbtidai korpusunda “Universal qarşılıqlı əlaqə bacarıqları” mövzusunda təlim keçirilib. Psixoloq Məlahət Kazibekova tərəfindən keçirilən təlimin əsas məqsədi pedaqoji heyətin “yumşaq” bacarıqlarının (soft skills) inkişafı ilə bağlı olub.

Tədbirdə pedaqoqikamizda mövcud olan paradiqma növlərindən söhbət açılıb: “Müasir tələblərə cavab verən şəxsiyyət yönümlü paradiqma haqqında ətraflı danışıldı. Bildirildi ki, müasir pedaqoqika uşağı, onun ehtiyaclarını, potensialını və şəxsi inkişafını ön plana çəkir”.

Praktik seminarda müəllimlər emosiyalarına, düşüncələrinə, davranışlarına təsir göstərən paradiqmalar ilə tanış olub, onları dəyərləndirib idarə etmək üçün yeni praktiki üslublar əldə ediblər.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız