Ötən tədris ili ərzində həyata keçirilmiş fəaliyyətlərin sistemli şəkildə təhlili
Kaspi Ağ Şəhər Liseyində fənn rəhbərləri ilə görüş keçirilib. Görüşün əsas məqsədi ötən tədris ili ərzində həyata keçirilmiş fəaliyyətlərin sistemli şəkildə təhlili, əldə olunmuş nailiyyətlərin qiymətləndirilməsi və mövcud təcrübənin gələcəkdə daha səmərəli şəkildə tətbiqi imkanlarının araşdırılması olub.
Liseyin direktoru Həsən Həsənovun iştirakı ilə kçirilən görüşdə əvvəlki illə müqayisədə təhsil prosesində əldə olunan uğurlar geniş şəkildə müzakirə edilib, bu nəticələrin əldə olunmasında müəllimlərin peşəkarlığı, metodoloji hazırlığı və pedaqoji yanaşmalarının mühüm rol oynadığı vurğulanıb. Bununla yanaşı, qarşıdakı tədris ili üçün prioritet istiqamətlər müəyyənləşdirilib, şagirdlərin akademik biliklərinin yüksəldilməsi, sosial və yaradıcı bacarıqlarının inkişafı, həmçinin məktəb mühitində innovativ tədris metodlarının tətbiqi ilə bağlı konkret hədəflər irəli sürülüb.
Görüşün yekununda, fənn rəhbərlərinin qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmələrinin zəruriliyi diqqətə çatdırılıb, təhsil prosesinin keyfiyyətinin artırılmasının həm pedaqoji, həm də strateji baxımdan prioritet məsələ olduğu xüsusi olaraq qeyd edilib.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.