Kaspi Global – Xaricdə Təhsil komandasının üzvləri ilə görüş keçirilib

Kaspi Global – Xaricdə Təhsil komandasının üzvləri ilə görüş keçirilib

Kaspi Global – Xaricdə Təhsil komandasının üzvləri ilə görüş keçirilib

Xaricdə təhsil – yalnız diplom deyil, həm də həyat məktəbidir.

“Kaspi” Bakıxanov Liseyində Kaspi Global – Xaricdə Təhsil komandasının üzvləri ilə görüş keçirilib. Görüşdə SAT imtahanının əhəmiyyəti, hazırlaşma yolları, xaricdə təhsil üçün əsas tələblər və tələbələrin qarşılaşa biləcəyi imkanlar müzakirə edilib.

Liseydən kaspi.edu.az-a verilən məlumata görə,  görüş 9, 10 və 11-ci sinif şagirdləri üçün faydalı olub: “Şagirdlər xaricdə təhsilin yalnız akademik biliklərlə məhdudlaşmadığını, həm də fərqli mədəniyyətləri tanımaq, yeni dostluqlar qurmaq və dünyagörüşlərini genişləndirmək baxımından böyük rol oynadığını öyrəndilər. Mütəxəssislər qeyd etdilər ki, SAT imtahanı xarici universitetlərə qəbul prosesində mühüm göstəricilərdən biridir. Ona görə də şagirdlərin vaxtında planlı şəkildə hazırlaşması gələcəkdə seçim imkanlarını daha da artıracaq. Eyni zamanda, təqaüd proqramları, beynəlxalq tələbə mühitində iştirak və qlobal əmək bazarında rəqabət üstünlüyü kimi mövzular da vurğulandı”.

Şagirdlər görüş boyunca aktiv iştirak edərək onları maraqlandıran suallara cavab alıb, real təcrübələrdən bəhrələniblər: “Bu cür tədbirlər şagirdlərin motivasiyasını artırmaqla yanaşı, gələcək hədəflərini daha düzgün müəyyənləşdirməyə kömək edir. Xaricdə təhsil – yalnız diplom deyil, həm də həyat məktəbidir”.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız