Pedaqoji fəaliyyətin əsas istiqamətlərinə dair təlim
08 Sentyabr 2025
Pedaqoji fəaliyyətin əsas istiqamətlərinə dair təlim
Sinif rəhbərliyinin əhəmiyyəti, ideal müəllim mövzusu…
Kaspi Ağ Şəhər Liseyində ibtidai sinif müəllimləri ilə pedaqoji fəaliyyətin əsas istiqamətlərinə dair təlim keçirilib.
Liseyin direktoru Həsən Həsənov tərəfindən keçirilən təlimdə rəhbər müəllim anlayışının mahiyyəti açıqlanıb, onun yalnız dərs prosesinin təşkilatçısı deyil, həm də şagirdlərin fərdi inkişaf trayektoriyasını müəyyənləşdirən, valideynlərlə əməkdaşlıq edən və məktəb mühitində əlaqələndirici rol oynayan fiqur olduğu vurğulanıb: “
Daha sonra ideal müəllim mövzusu müzakirə olunub, müəllimin yalnız nəzəri biliklərlə kifayətlənməyib yüksək peşəkarlıq, metodoloji hazırlıq, empatiya və şəxsiyyət nümunəsi olmaq kimi keyfiyyətlərə sahib olmasının vacibliyi qeyd edilib”.
Təlimdə həmçinin sinif rəhbərliyinin əhəmiyyəti vurğulanıb, sinif rəhbərinin sağlam sosial-psixoloji mühit yaratmaqda və məktəb–ailə–şagird münasibətlərində körpü rolunu oynamasının önəmi izah ediib: “Növbəti istiqamət kimi şagirdlərin emosional dəstəyi məsələsi önə çəkilərək müəllimlərin şagirdlərə yalnız akademik deyil, həm də psixoloji dayaq göstərmələrinin vacibliyi diqqətə çatdırılıb”.
Sonda isə təlim-tərbiyə hədəflərinin şagirdlərdə yaradıcılıq, tənqidi düşüncə, milli-mənəvi dəyərlərə sadiqlik və sosial məsuliyyət kimi keyfiyyətlərin formalaşdırılmasına yönəlməsinin zəruriliyi qeyd olunub.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.