Tədris İlinin yekununa həsr olunan görüş
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Tədris İlinin yekununa həsr olunan görüş
- 19 İyun 2025
Tədris İlinin yekununa həsr olunan görüş
Tədbirdə başa çatan tədris ili ərzində görülmüş işlər, əldə olunmuş uğurlar və tətbiq edilmiş yeniliklər geniş şəkildə müzakirə olunub
Kaspi Ağ Şəhər liseyində 2024/2025-ci tədris ilinin yekunlarına həsr olunmuş xüsusi görüş təşkil olunub.
Görüşdə Kaspi Təhsil Şirkəti İdarə Heyətinin sədri Sona Vəliyeva, Kaspi Təhsil Şirkətin baş direktoru Elşən Əliyev, Kaspi liseylərinin baş direktoru Sahil Əliyev, Kaspi Ağ Şəhər liseyinin direktoru Həsən Həsənov və liseyin pedaqoji və inzibati heyəti iştirak ediblər.
Tədbirdə başa çatan tədris ili ərzində görülmüş işlər, əldə olunmuş uğurlar və tətbiq edilmiş yeniliklər geniş şəkildə müzakirə olunub.
Məruzə və çıxışlar zamanı liseyin təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar, şagirdlərin müxtəlif sahələrdə qazandığı nailiyyətlər və müəllim heyətinin fədakar fəaliyyəti vurğulanıb.
“Görüş çərçivəsində müəllimlə şagird arasında formalaşmış sağlam, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin təhsildə müsbət nəticələrə gətirib çıxardığı xüsusi qeyd edildi.
Bu münasibətlər tədris prosesində motivasiyanı artıran əsas amillərdən biri kimi ön plana çəkildi”- deyə liseydən verilən məlumatda qeyd edilir.
Tədbir səmərəli fikir mübadiləsi və gələcək tədris illəri üçün planların qısa müzakirəsi ilə başa çatıb. Belə görüşlərin liseyin inkişaf strategiyasına töhfə verdiyi, müəllim kollektivi ilə rəhbərlik arasında birgə əməkdaşlıq ruhunu möhkəmləndirdiyi bir daha təsdiqini tapıb.
Kaspi.edu.az