Kaspi Bakıxanov liseyində 8-ci sinif şagirdləri üçün Məzun Günü tədbiri təşkil olunub.
Liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın Kaspi.edu.az-a verdiyi məlumata görə, şagirdlər bu əlamətdar gündə lisey həyatları boyunca qazandıqları dostluqları, xatirələri və uğurları birgə qeyd ediblər: “Tədbirdə şagirdlərin çıxışları, rəqs nömrələri, interaktiv oyunlar və əyləncəli nominasiya təqdimatları yer aldı. Şagirdlərimiz üçün təşkil edilən bu gün onların lisey xatirələrində dəyərli bir iz buraxdı”.
Şagirdlərimizə növbəti tədris ilində uğurlar arzulayırıq!
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.