Dərnəklər hesabat verdi

Dərnəklər hesabat verdi

Dərnəklər hesabat verdi

Şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri, dünyagörüşlərinin, özünü ifadəetmə və özünəgüvən bacarıqlarının inkişafı üçün...

Kaspi Bakıxanov liseyində dərnəklərin Hesabat xarakterli tədbiri keçirilib.

Şagirdlər il boyunca böyük maraq və həvəslə qatıldıqları, uğurlar əldə etdikləri dərnək məşğuliyyətlərindən kiçik nümunələr nümayiş etdiriblər. “Canlı səhnə performansını izlədiyimiz Dram, Rəqs, Gimnastika, Speaking club, Kitablatın sehri, Fortepiano, Gitara çıxışları ilə yanaşı, Bacarıqlı əllər, Rənglərin palitrası, Rəsm və Taxta üzərində oyma sənətindən ibarət əl işlərinin də  nümunələri sərgidə nümayiş edildi”-deyə liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahveriyevanın verdiyi məlumatda bildirilir.

Qeyd edilir ki, dərnək fəaliyyətinin şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələrində, dünyagörüşlərinin, özünü ifadəetmə və özünəgüvən bacarıqlarının inkişafında, eyni zamanda daxili dünyalarında gizli qalan potensiallarının aşkarlanmasında böyük rolu var.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız