Kaspi Bakıxanov liseyində 1-ci sinif şagirdlərinin “Elmlə dostluq əl-ələ” adlı hesabat tədbiri keçirilib.
Liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın Kaspi.edu.az-a verdiyi məlumata görə, şagirdlər il ərzində qazandıqları bilik və bacarıqları böyük həvəslə nümayiş etdiriblər: “Uşaqların hazırladığı tədbir xeyirin şər üzərində qələbəsinə həsr olunmuşdu. Göz oxşayan rəqsləri və oxuduqları şən mahnılar tədbirə xüsusi gözəllik verdi. Şagirdlər elmlə dostluğun vəhdətinin vacib olduğunu, bu birliyin hər zaman uğur qazandıracağını bir daha öz çıxışları ilə nümayiş etdirdilər”.
Tədbirdə liseyin direktoru Cahid Hüseynov birinciləri təbrik edərək ürək sözlərini söyləyib. İbtidailər üzrə müdir müavini Töhfə Miriyeva isə şagirdlərə xatirə hədiyyələri təqdim edib.
Sonda qonaqlarla birlikdə xatirə şəkli çəkilib.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.