Təcrübəçilərin təlim-tədris prosesinə daha fəal şəkildə cəlb olunmaları üçün konkret istiqamətlər müəyyən edilib
Kaspi Ağ Şəhər Liseyində təcrübə proqramına müraciət etmiş və qəbul olunmuş təcrübəçilərlə görüş keçirilib.
Liseyin direktoru Həsən Həsənovun iştirakı ilə keçirilən görüşün əsas məqsədi təcrübə proqramının məqsəd və vəzifələrinin izahı, təcrübəçilərin qarşısında duran pedaqoji və təşkilati hədəflərin müəyyənləşdirilməsi, həmçinin onların fəaliyyət istiqamətlərinin daha səmərəli şəkildə koordinasiya olunması idi.
Tədbirdə direktor müavini Elvin İsgəndərov, təcrübəçilərin mentoru Kəmalə Ağasiyeva və İnsan Resursları üzrə mütəxəssis Aysel Həsənəliyeva da iştirak edərək təcrübəçilərin təhsil mühitinə inteqrasiyası, müəllimlik fəaliyyətinin praktik tərəfləri və peşəkar inkişafın əhəmiyyəti mövzularında çıxışlar ediblər.
Görüş zamanı təcrübə proqramının Kaspi Təhsil Şirkətinin dəyərləri və strateji məqsədləri ilə uyğunluğu vurğulanıb, gələcəkdə təcrübəçilərin təlim-tədris prosesinə daha fəal şəkildə cəlb olunmaları üçün konkret istiqamətlər müəyyən edilib.
Səmimi və əməkdaşlığa əsaslanan mühitdə keçən tədbir iştirakçılar üçün həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıyıb.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.