“Sabahın alimləri” müsabiqəsinə hazırlıqla bağlı şagirdlərlə görüş
24 Dekabr 2025
“Sabahın alimləri” müsabiqəsinə hazırlıqla bağlı şagirdlərlə görüş
Lisey müsabiqədə öz uğurlu ənənəsini davam etdirməyi hədəfləyir.
Kaspi Liseyi Xətai filialında “Sabahın alimləri” müsabiqəsinə hazırlıqla bağlı şagirdlərlə görüş keçirilib.
Liseyin direktoru Həsən Həsənovun şagirdlərlə görüşü zamanı komandaların hazırlıq prosesi ilə yaxından tanış olunub, layihələrin gedişi, tədqiqat istiqamətləri və təqdimat mərhələləri ətrafında müzakirələr aparılıb.
Lisey rəhbərliyi şagirdlərə layihələrin təkmilləşdirilməsi, komanda işi, vaxtın düzgün planlaşdırılması və münsiflər qarşısında effektiv çıxış bacarıqları ilə bağlı tövsiyələr verib.
Liseydən verilən məlumata görə, Kaspi Liseyi Xətai filialı müsabiqədə 11 layihə üzrə 22 şagirdlə iştirak edəcək. “Yerli və beynəlxalq olimpiadalarda qazandığı çoxsaylı medallarla tanınan lisey “Sabahın alimləri” müsabiqəsində də öz uğurlu ənənəsini davam etdirməyi hədəfləyir”.
Liseyin rəhbərliyi şagirdlərə uğurlar arzulayaraq onlara hər cür dəstək göstəriləcəyini bildirib.
Kaspiliseyi.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.