“Uşaq və kompüter” mövzusunda psixoloji təlim keçirilib
23 Dekabr 2025
“Uşaq və kompüter” mövzusunda psixoloji təlim keçirilib
Valideylər qruplara ayrılaraq beyin həmləsi metodu ilə problemin həlli yollarını təyin ediblər
Kaspi Ağ Şəhər liseyinin İbtidai bölməsinin valideynləri üçün “Uşaq və kompüter” mövzusunda psixoloji təlim keçirilib. Təlimi psixoloq Məlahət Kazibekova keçib.
Liseydən verilən məlumata görə, təlimin məqsədləri valideynləri müxtəlif növ asılılıqlar, kompüter, mobil telefon, planşet asılılığının mərhələləri, əlamətləri, qarşısının alınması üsulları ilə tanış etmək olub: “Həmçinin valideynlərdə kompüter asılılığının və aqressiyanın inkişafının qarşısını almaq üçün övladı ilə emosional əlaqə saxlamağın zəruriliyi haqqında anlayışı inkişaf etdirmək, kiçik övladının kompüterdən təhlükəsiz istifadəsini təmin etmək üçün valideynlərə praktiki məsləhətlər vermək idi”.
Təlim interaktiv formada təşkil olunub. Valideylər qruplara ayrılaraq beyin həmləsi metodu ilə problemin həlli yollarını təyin edib, diqər inkişaf etdirici çalışmalar üzərində işləyiblər.
Təlim səmimi və aktiv şəraitdə keçib.
Kaspiliseyi.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.