Həm əyləncəli, həm də öyrədici təcrübə

Həm əyləncəli, həm də öyrədici təcrübə

Həm əyləncəli, həm də öyrədici təcrübə

Qız şagirdləri üçün əl işi üzrə masterklass keçirilib

Kaspi Ağ Şəhər Liseyində sinif saatı çərçivəsində 6-cı sinif qız şagirdləri üçün əl işi üzrə masterklas təşkil olunub. Tədbiri 6 “B” sinif şagirdi Aliyə Bayramzadə anası ilə birlikdə keçirib.

Masterklass zamanı şagirdlər muncuqlardan qolbaq hazırlamağı öyrənib, fərqli və rəngarəng bəzəklər düzəldiblər. Məktəblilər proses zamanı həm yeni bacarıq qazanıb, həm də xoş və yaradıcı vaxt keçiriblər. Digər valideynlər də böyük maraqla iştirak edərək uşaqlara dəstək olublar.

Qısa zaman ərzində keçirilən masterklass şagirdlər üçün həm əyləncəli, həm də öyrədici bir təcrübə olub.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız