IX, X, XI sinif şagirdləri dərslərə başladı

IX, X, XI sinif şagirdləri dərslərə başladı

IX, X, XI sinif şagirdləri dərslərə başladı

Kaspi Ağ Şəhər liseyində təşkil olunan tədbirdə  sinif rəhbərlərinin təqdimatı da həyata keçirilib.

Kaspi Ağ Şəhər liseyində yeni tədris ilinin başlanması münasibətilə görüş keçirilib. Məktəbin həyətində təşkil olunan tədbir IX, X, XI sinif şagirdlərini bir araya gətirib.

Liseydən Kaspi.edu.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Liseyin Sosial Fəaliyyətlər üzrə rəhbəri Elnur Əzizov tədbiri açaraq şagirdləri salamlayıb, onların yeni tədris ilində həm dərslərdə, həm də müxtəlif sosial fəaliyyətlərdə daha fəal iştirak etmələrinin vacibliyini vurğulayıb.

Liseyin direktoru Həsən Həsənov açılış nitqi ilə çıxış edərək şagird və müəllimləri yeni tədris ili münasibəti ilə təbrik edib. “Direktor tədris ili boyunca  yüksək nəticələrin əldə olunmasının vacibliyini qeyd etdi, təhsil prosesində məsuliyyət, nizam-intizam və qarşılıqlı əməkdaşlıq prinsiplərinin əsas istiqamət kimi diqqətdə saxlanılmasını xüsusi diqqətə çatdırdı. Həmçinin direktor çıxışında şagirdləri elm və bilik qazanmaq, milli-mənəvi dəyərlərə yiyələnmək, vətənə faydalı vətəndaş kimi yetişmələri üçün tövsiyələrini verdi”.

Tədbir zamanı sinif rəhbərlərinin təqdimatı da həyata keçirilib. “Bu təqdimatlar vasitəsilə şagirdlərin yeni tədris ilində onlara rəhbərlik edəcək müəllimlərlə daha yaxından tanışlığı təmin edildi. Bu, müəllim-şagird münasibətlərinin səmərəli təşəkkülü üçün mühüm addım kimi dəyərləndirildi”.

Tədbirin sonunda direktor müavinləri çıxış edərək şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara həm tədrisdə, həm də sosial fəaliyyətlərində uğurlar arzulayıblar: “Qeyd edildi ki, bu fəaliyyətlər şagirdlərin gələcək həyatında mühüm rol oynayaraq onların intellektual, sosial və şəxsi inkişafına əhəmiyyətli töhfələr verəcək”.

Kaspi Təhsil Şirkəti 2025/2026-cı tədris ilinin başlanması münasibəti ilə Liseyin bütün müəllim və şagird kollektivini təbrik edir, yeni tədris ilində uğurlar arzulayır!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız