Məktəblilərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

Məktəblilərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

Məktəblilərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

Yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə

Novruz bayramının üçüncü çərşənbəsi olan Yel çərşənbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Kaspi liseyi, 160 nömrəli Klassik gimnaziyanın şagirdləri, ekokönüllülər, o cümlədən Yaşama Dəstək Mərkəzinin təşəbbüsü ilə dəvət edilmiş xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak edib.

Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Liseydən verilən məlumatda bildirilir ki, Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi,  iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız