Liseydə “Countdown” yarışması keçirilib

Liseydə “Countdown” yarışması keçirilib

Liseydə “Countdown” yarışması keçirilib

Yarış “Riyaziyyat həftəsi” çərçivəsində baş tutub

Kaspi Bakıxanov liseyində “Riyaziyyat həftəsi” çərçivəsində dünyaca məşhur “Countdown” yarışması keçirilib. Böyük maraqla qarşılanan yarışmada iştirak edən komandalardan hər biri öz kurasiyalarını təmsil edib.

Bu komandalara Cambridge, İbtidai, 5-8 və 9-11 kurasiyalarının müəllimləri daxil olub.

Liseydən verilən məlumata görə, yarışmanın ilk mərhələsində hər bir komanda müxtəlif riyaziyyat tapşırıqları ilə sınağa çəkilib: “Bu mərhələdə böyük mübarizə və əmək tələb edən hesablamalar aparıldı. Nəticə etibarilə, 9-11 kurasiyasının komandası birinci mərhələnin qalibi oldu və super finala vəsiqə qazandı. Super finalda isə yarışın formatı dəyişdi. İştirakçılar fərdi şəkildə yarışdılar və burada müəllimlər bir-biriləri ilə qarşılaşdılar. Super finalın ən maraqlı anlarından biri - Tarix fənn rəhbəri Vüsal İsmayılovun qalib olması oldu. O, həm yarışmanın sonunda birinciliyi qazandı, həm də izləyicilərə bu cür məntiqi tapşırıqlarla qarşılaşmağın nə qədər faydalı və əyləncəli olduğunu nümayiş etdirdi”.

Məlumatda qeyd edilir ki, yarışma həm iştirakçılar, həm də izləyicilər üçün öyrədici və əyləncəli olub: “ Müəllimlərin bilik və bacarıqlarını nümayiş etdirdiyi bu yarış riyaziyyat və digər elmlərə marağı artırmaq və müəllimlər arasında dostluq əlaqələrini gücləndirmək məqsədini daşıyırdı.

Həmçinin, bu cür tədbirlər müəllimlərin fərdi inkişafına və komanda işinin əhəmiyyətinə diqqət çəkir”.

Sonda qaliblərə dəyərli hədiyyələr təqdim olunub.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız