Məktəbəqədər qrupun yazıçı ilə görüşü

Məktəbəqədər qrupun yazıçı ilə görüşü

Məktəbəqədər qrupun yazıçı ilə görüşü

Ümumilikdə görüş uşaqlarda mütaliəyə olan marağın artırılmasında xüsusi rol oynayıb.

Kaspi Bakıxanov liseyində yazıçı Mehriban Nağıyeva ilə görüş təşkil olunub. Liseydən verilən məlumata görə, məktəbin kitabxanaçısı Nərgiz Zülfiyeva tərəfindən təşkil edilən görüş məktəbəqədər qrup üçün keçirilib.

Görüşdə  müəllifin “Xarıbülbül” mahnısı məktəbəqədər qrupun şagirdləri tərəfindən xor ilə ifası səslənib. Müəllif uşaqlar üçün asudə zaman keçirilməsi məqsədi ilə öz nağıllarından kukla teatrı nümayiş etdirib.

Görüşün sonunda yazıçı şagirdlərə müəllifi olduğu kitablardan hədiyyə edib.

Ümumilikdə görüş uşaqlarda mütaliəyə olan marağın artırılmasında xüsusi rol oynayıb.

Kaspiliseyi.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız