2017-ci ildən etibarən məzun olan gənclər bir araya gələrək sinif yoldaşları, müəllimləri ilə əyləncəli vaxt keçiriblər
Kaspi Bakıxanov liseyində Gənclər Günü münasibəti ilə “Məzunlarla görüş” tədbiri keçirilib. 2017-ci ildən etibarən məzun olan gənclər bir araya gələrək sinif yoldaşları, müəllimləri ilə əyləncəli vaxt keçiriblər.
Kaspi liseyində artıq ənənəyə çevrilən görüşün əvvəlində liseyin direktoru Cahid Hüseynov çıxış edərək doğma ocağa gələn məzunları salamlayıb.
Daha sonra Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva çıxış edərək məzunları qazandıqları uğurlara görə təbrik edib və onlara ən xoş arzularını bildirib.
Kaspi Təhsil Şirkətinin baş icraçı direktoru Elşən Əliyev və Kaspi Təhsil Şirkətinin liseylər üzrə baş direktoru Sahil Əliyev də məzunlara arzularını dilə gətiriblər. Məzunların bəziləri də çıxış edərək həyatda qazandıqları uğurlara görə Kaspi liseyinin bütün müəllim kollektivinə və rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüşün bədii hissəsi lisey şagirdlərinin rəqs, musiqi və şeir ifaları ilə yadda qalıb.
Tədbirin sonunda kollektiv xatirə fotosu çəkilib.
Kaspiliseyi.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.