Yarımilin yekunlarına həsr olunan komanda görüşü
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Yarımilin yekunlarına həsr olunan komanda görüşü
- 30 Yanvar 2026
Yarımilin yekunlarına həsr olunan komanda görüşü
2025–2026-cı tədris ilinin I yarımilinin yekunları müzakirə olunub
Kaspi Ağ Şəhər liseyinin inzibati heyəti və Sosial Fəaliyyətlər tədbirlər komandası tərəfindən xüsusi təşkil olunmuş səmimi və maarifləndirici xarakter daşıyan komanda görüşü keçirilib. Görüş 2025–2026-cı tədris ilinin I yarımilinin yekunları münasibətilə təşkil olunub.
Kaspiliseyi.az xəbər verir ki, görüş yarımil ərzində həyata keçirilən tədris-tərbiyə və sosial fəaliyyətlərin nəticələrinin ümumiləşdirilməsi, kollektiv əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin qeyri-formal ünsiyyət mühitində qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi məqsədi daşıyıb.
Tədbirin ilkin mərhələsində iştirakçılar üçün səhər yeməyi təşkil edilib. Bu mərhələ inzibati heyət və tədbirlər komandasının üzvləri arasında səmimi ünsiyyətin formalaşmasına, komanda ruhunun güclənməsinə və institusional bağlılığın möhkəmləndirilməsinə xidmət edib.
Qeyri-rəsmi formatda təşkil olunan bu hissə iştirakçılar arasında psixoloji komfort mühitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyıb.
Daha sonra görüş çərçivəsində kollektiv Ağ Şəhər ərazisində fəaliyyət göstərən rəsm qalereyasını ziyarət edib. Qalereya gəzintisi iştirakçılar üçün estetik və mədəni baxımdan zəngin bir təcrübəyə çevrilib.
Ziyarət zamanı sərgilənən əsərlərin mövzu və üslub xüsusiyyətləri ətrafında fikir mübadilələri aparılıb, sənətin təhsil mühitində estetik tərbiyənin formalaşdırılmasında oynadığı rol xüsusi vurğulanıb. Bu fəaliyyət eyni zamanda, sosial və mədəni layihələrin gələcək planlaşdırılması baxımından ideya mübadiləsi üçün əlverişli platforma yaradıb.


Ümumilikdə, keçirilən bu komanda görüşü yarımilin yekunlarına nəzər salmaqla yanaşı, kollektiv həmrəyliyin möhkəmləndirilməsi, institusional dəyərlərin təşviqi və yaradıcı əməkdaşlıq mühitinin inkişaf etdirilməsi baxımından əhəmiyyətli tədbir kimi dəyərləndirilib.
Kaspiliseyi.az

