Valideynlərə xaricdə təhsil imkanları, müxtəlif ölkələrin ali təhsil sistemləri, qəbul şərtləri, beynəlxalq imtahanlar, təqaüd proqramları və karyera perspektivləri haqqında da ətraflı məlumat verilib
Kaspi Ağ Şəhər liseyində Azərbaycan bölməsinin 8-ci sinif şagirdlərinin valideynləri ilə IX-XI pilləsi xarakterli görüş keçirilib.
Görüşün əsas məqsədi şagirdlərin ümumi orta təhsil mərhələsindən tam orta təhsil pilləsinə keçidi zamanı onları gözləyən akademik tələblər, 9-11-ci siniflər üzrə dövlət imtahanlarının strukturu, məzmunu və qiymətləndirmə meyarları barədə valideynləri ətraflı şəkildə məlumatlandırmaq idi.
Görüşdə xaricdə təhsil imkanları, müxtəlif ölkələrin ali təhsil sistemləri, qəbul şərtləri, beynəlxalq imtahanlar, təqaüd proqramları və karyera perspektivləri haqqında da ətraflı məlumat verilib, valideynləri maraqlandıran suallar cavablandırılıb.
Görüşdə Kaspi Ağ Şəhər Liseyinin direktoru Həsən Həsənov, V-VIII siniflər üzrə Azərbaycan bölməsinin direktor müavini Fidan Səfərova, IX–XI siniflər üzrə Azərbaycan bölməsinin direktor müavini Elvin İsgəndərov və Xaricdə Təhsil bölməsi üzrə koordinator Sakit Hüseynov iştirak edərək müvafiq sahələr üzrə təqdimatlar edib, valideynləri maraqlandıran məsələlərə elmi-pedaqoji əsaslarla aydınlıq gətiriblər.
Tədbir qarşılıqlı müzakirə şəraitində keçib, valideynlərin övladlarının təhsil strategiyasının düzgün qurulması istiqamətində məlumatlılığının artırılmasına xidmət edib.
Kaspiliseyi.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.