Kaspi Liseylərində “Rəqəmsal Bacarıqlar” həftəsi
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Kaspi Liseylərində “Rəqəmsal Bacarıqlar” həftəsi
- 26 Fevral 2025
Kaspi Liseylərində “Rəqəmsal Bacarıqlar” həftəsi
1-4-cü siniflər üzrə "Skill Code Junior" yarışması təşkil edilib
12-14 fevral 2025-ci il tarixlərində rəqəmsal texnologiyalara həsr olunan xüsusi bir həftə təşkil edilib.
Bu həftə ərzində şagirdlər rəqəmsal bacarıqlarını inkişaf etdirmək, proqramlaşdırma biliklərini genişləndirmək və texnologiyadan yaradıcılıqla istifadə etmək imkanı əldə ediblər.
kaspi.edu.az xəbər verir ki, 1-4-cü siniflər üzrə "Skill Code Junior" yarışması təşkil edilib. Bu yarışın əsas məqsədi şagirdlərdə blok-yönlü proqramlaşdırma məntiqinin təkmilləşdirilməsi, həmçinin Scratch proqramlaşdırma mühiti ilə tanışlıq, əsas alqoritm təfəkkürünün formalaşdırılmasına dəstək olmaqdır. Bundan bu əlavə yarışın interaktiv və əyləncəli formada keçirilməsi şagirdlərin ciddi marağına səbəb olub.
Həftə çərçivəsində 5-7-ci siniflər üzrə "Digital Future" bilik yarışları təşkil edilib. Python proqramlaşdırma dili, kompüter savadlılığı və ümumi rəqəmsal bacarıqlar kontenti üzrə interaktiv bilik yarışmasında iştirak edən şagirdlər öz bacarıqlarını nümayiş etdiriblər.
8-ci siniflər hazırladıqları innovativ layihələr və müxtəlif mövzularda posterləri təqdim ediblər. Müxtəlif siniflərdən və pedaqoji heyətdən iştirak edən dinləyiciləri məlumatlandıran şagirdlər, araşdırma, tənqidi yanaşma, təqdimat, həmçinin digər yumşaq bacarıqlarını inkişaf etdirib və gələcəyin rəqəmsal dünyasına daha hazırlıqlı olmağa bir addım daha yaxınlaşıblar.
kaspi.edu.az