Kaspi Ağ Şəhər liseyində 5-11-ci sinif şagirdləri arasında stolüstü tennis yarışları keçirilib.
Uğurla başa çatan turnir simvolik hadisəyə çevrilib.
Liseydən verilən məlumata görə, rekord sayda - 73 iştirakçı (16 qız və 57 oğlan) “Ən güclü” adını qazanmaq uğrunda mübarizə aparmaq üçün tennis masasının arxasına keçib: “Yarışlar təkcə kütləviliklə deyil, həm də inanılmaz gərgin mübarizə ilə yadda qaldı. Hər bir oyun emosiyalar və idman həvəsi ilə dolu idi, burada heç bir gənc idmançı mübarizəsiz təslim olmaq istəmirdi”.
Turnirdə gərgin qarşılaşmaların nəticələrinə əsasən qalib və mükafatçılar müəyyən edilib.
Qızlar arasında:
· 1-ci yer: Mina Əfəndizadə (9-cu sinif)
· 2-ci yer: Dəniz Musayeva (5-ci sinif)
· 3-cü yer: Nura Zeynalova (5-ci sinif)
Oğlanlar arasında:
· 1-ci yer: Rəsul Seyidzadə (9-cu sinif)
· 2-ci yer: Samir Abdullayev (9-cu sinif)
· 3-cü yer: Sadıq İsmayılov (9-cu sinif)
Bütün qalib və mükafatçıları qazandıqları mükafata görə təbrik edir, yeni uğurlar arzulayırıq!
Təşkilatçılara və bədən tərbiyəsi müəllimlərinə turnirin əla təşkili və keçirilməsi üçün xüsusi minnətdarlıq edirik!
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.