Məktəb-valideyn əməkdaşlığı

Məktəb-valideyn əməkdaşlığı

Məktəb-valideyn əməkdaşlığı

8-ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib

Kaspi Ağ Şəhər liseyinin Rus bölməsinin 8-ci siniflərində təhsil alan şagirdlərin valideynləri ilə görüş təşkil edilib.

Lisey direktoru Həsən Həsənov və direktor müavini Səbinə Hüseynova tərəfindən təşkil edilən görüş zamanı valideynlərə yuxarı siniflər – 9-11-ci siniflər üzrə tədris prosesi, dərslərin təşkili və formatı haqqında ətraflı məlumat verilib. Eyni zamanda, valideynlərin sualları dinlənilib, onları maraqlandıran məsələlər müzakirə olunub və müvafiq izahlar təqdim edilib.

Liseydən bildirilir ki, bu cür görüşlər ümumilikdə məktəb-valideyn əməkdaşlığının güclənməsində, şagirdlərin akademik və şəxsi inkişafında mühüm rol oynayır.

Kaspiliseyi.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız