Beynəlxalq fənn olimpiadaları və layihə yarışmalarına hazırlıq

Beynəlxalq fənn olimpiadaları və layihə yarışmalarına hazırlıq

Beynəlxalq fənn olimpiadaları və layihə yarışmalarına hazırlıq

Şagirdlərin bu cür beynəlxalq müsabiqələrdə fəal iştirakının vacibliyi vurğulanıb.

Kaspi Ağ Şəhər liseyində Beynəlxalq fənn olimpiadaları və layihə yarışmalarına hazırlıq məqsədi ilə Kaspi Liseyinin şagirdləri ilə maarifləndirici görüş təşkil olunub.

Görüş zamanı şagirdlərə beynəlxalq olimpiada və layihə yarışmalarının əhəmiyyəti, bu müsabiqələrin şagirdlərin bilik və bacarıqlarının inkişafındakı rolu, eləcə də məlumatın önəmi və düzgün istifadəsi mövzularında ətraflı məlumat verilib.

Şagirdlər hazırlıq mərhələləri, iştirak qaydaları və uğur qazanmaq üçün vacib tövsiyələr alıblar.

Tədbir interaktiv şəkildə keçirilib, şagirdlərin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Sonda gələcək fəaliyyət planları barədə məlumat verilib və şagirdlərin bu cür beynəlxalq müsabiqələrdə fəal iştirakının vacibliyi vurğulanıb.

Kaspiliseyi.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız