Yarışda Kaspi müəssisələrinin IX və XI sinif şagirdləri iştirak edir
11 Май 2023
Yarışda Kaspi müəssisələrinin IX və XI sinif şagirdləri iştirak edir
Yarışda Kaspi müəssisələrinin IX və XI sinif şagirdləri iştirak edir
Kaspi Təhsil Mərkəzləri, Kaspi Liseyləri və Kaspi nümayəndəliklərində təhsil alan IX və X sinif şagirdləri arasında “Breyn Rinq” bilik yarışmasının yarımfinal turlarına start verilib.
Kaspi.edu.az xəbər verir ki, yanvar ayından etibarən şagirdlər üçün yerlərdə seçim turları təşkil olunmağa başlanıb və növbəti aylar ərzində qalib komandalar müəyyən edilib.
Bilik yarışmasının keçirilməsində məqsəd şagirdlərin öyrənməyə marağını artırmaq, intelektual bacarıqlarının formalaşmasına töhfə vermək, şagirdlər arasında sağlam rəqabəti artırmaq və bilikləri yoxlamaqdır.
Qeyd edək ki, 29 aprel tarixində X sinif şagirdləri arasında yarımfinal turu təşkil olunub.
Kaspi Təhsil Şirkəti bütün iştirakçıları təbrik edir, növbəti tura vəsiqə qazananlara uğurlar diləyir!
Kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.