Şagirdlərə qarşıdakı təhsil mərhələlərində daha məqsədyönlü və məsuliyyətli çalışmağın vacibliyi ilə bağlı tövsiyələr verilib.

Kaspi Ağ Şəhər liseyində 9-cu sinif Azərbaycan və Rus bölmələrinin şagirdləri ilə görüş təşkil olunub. Görüş şagirdlərin akademik inkişafının dəstəklənməsi, tədris prosesinin səmərəliliyinin artırılması və gələcək təhsil hədəflərinin düzgün müəyyənləşdirilməsi məqsədi ilə həyata keçirilib.

Görüşdə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, Kaspi Təhsil Şirkətinin baş icraçı direktoru Elşən Əliyev və Kaspi Ağ Şəhər liseyinin direktoru Həsən Həsənov iştirak edib.

Tədbir zamanı lisey daxilində keçirilən imtahanların təşkili, qiymətləndirmə meyarları və imtahan nəticələrinin şagirdlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsində rolu haqqında ətraflı məlumat verilib. Eyni zamanda, bu nəticələrin şagirdlərin fərdi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində və gələcək akademik planlarının formalaşdırılmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Görüş çərçivəsində imtahanlarda yüksək nəticə göstərən və fərqlənən şagirdlərə motivasiyanın artırılması və əməyin dəyərləndirilməsi məqsədi ilə kiçik hədiyyələr təqdim olunub.

Tədbirin sonunda şagirdlərə qarşıdakı təhsil mərhələlərində daha məqsədyönlü və məsuliyyətli çalışmağın vacibliyi ilə bağlı tövsiyələr verilib.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində başa çatıb.

Kaspiliseyi.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты