Qaliblər medal və sertifikatlarla mükafatlandırılıblar
18 Декабрь 2024
Qaliblər medal və sertifikatlarla mükafatlandırılıblar
Qaliblər medal və sertifikatlarla mükafatlandırılıblar
Kaspi Ağ Şəhər Liseyinin İbtidai korpusunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Şən startlar” estafet oyunlarının siniflər üzrə 2 final mərhələsi baş tutub. Liseydən verilən məlumata görə, ilk final mərhələsində 3B və 3D sinifləri qarşı-qarşıya gəlib. Yarışda 3D sinfi qələbə qazanıb.
2-ci final mərhələsində isə 4B və 4D sinifləri qarşılaşıb və 4D sinfi yarışın qalibi olub.
Yarışda 1-ci və 2-ci yeri tutan siniflər medal və sertifikatlarla mükafatlandırılıblar.
Mükafatları qaliblərə Kaspi Ağ Şəhər Liseyinin direktoru Həsən Həsənov və İbtidai korpusun direktoru Mahirə Hüseynova təqdim edib.
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.