“Oxu qalibi” və “Ən təmiz sinif”

“Oxu qalibi” və “Ən təmiz sinif”

“Oxu qalibi” və “Ən təmiz sinif”

Liseyin nümunəvi sinifləri müəyyənləşib

Kaspi Ağ Şəhər liseyində hər ay ənənəvi olaraq keçirilən “Oxu dəqiqələri” və “Ən təmiz sinif” təşəbbüsləri çərçivəsində siniflərin ümumi fəaliyyəti izlənilir və ayın nümunəvi sinifləri seçilir.
Ay ərzində oxu saatlarına məsuliyyətlə yanaşan, mütaliə mədəniyyətini sinif daxilində təşviq edən və yüksək nəticə göstərən siniflər, həmçinin sinif otağını davamlı olaraq təmiz və səliqəli saxlayan, davranışı ilə nümunə olan siniflər öz fəaliyyətlərinə görə ayın sonunda “Oxu qalibi” və “Ən təmiz sinif” adına layiq görülürlər:
"Layihənin əsas məqsədi siniflərdə komanda ruhunu gücləndirmək, birlikdə məsuliyyət daşımaq vərdişini formalaşdırmaq, təmizlik və nizam-intizamı davranış modeli kimi aşılamaq, həmçinin oxu mədəniyyətini gündəlik həyatın bir hissəsinə çevirməkdir. Aylıq seçimlər məktəbdaxili mühitdə sağlam rəqabət yaradır və şagirdlərimizi birlikdə daha məsuliyyətli, diqqətli və çalışqan olmağa həvəsləndirir"- deyə liseyin
məlumatında qeyd edilib.
Dekabr ayında fərqlənən bütün sinifləri təbrik edir, qarşıdakı aylarda daha böyük nailiyyətlər arzulayırıq!

Kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты