Kaspi Liseyində Student-Led Conference start götürdü!
05 Декабрь 2025
Kaspi Liseyində Student-Led Conference start götürdü!
Şagird fəallığını və məsuliyyətini artıran tətbiq
Kaspi Ağ Şəhər liseyi tədris prosesində yeniliyə imza atıb. Bundan sonra liseyin şagirdləri öz tədris nəticələrini və hədəflərini valideynlərə birbaşa təqdim edəcəklər. Liseydə ilk dəfə tətbiq edilən yeni model böyük maraqla qarşılanıb.
Liseyin direktoru Həsən Həsənov bildirir ki, şagirdlər bu gün öz inkişaflarını, nailiyyətlərini və qarşıya qoyduqları hədəfləri valideynləri ilə birbaşa paylaşırlar: "Bu model həm şagirdlərdə məsuliyyət hissini gücləndirir, həm də onların öz təhsil yolunu dəyərləndirməsinə mükəmməl şərait yaradır. Gələcəyin liderlərini dinləmək həmişə qürurvericidir!"
Qeyd edək ki, təhsil prosesində şagird fəallığını və məsuliyyətini artıran bu tətbiq Kaspi Liseyində yeniliklərin davamı olacaq.
Kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.