Liseyin Azərbaycan və rus bölməsinin şagirdləri yarışıblar

Liseyin Azərbaycan və rus bölməsinin şagirdləri yarışıblar

Liseyin Azərbaycan və rus bölməsinin şagirdləri yarışıblar

Liseyin Azərbaycan və rus bölməsinin şagirdləri yarışıblar

Kaspi Ağ Şəhər liseyində Riyaziyyat həftəsi çərçivəsində 10-cu sinif şagirdləri arasında “Countdown” riyazi-məntiq oyunu keçirilib. Yarışa məktəbin Azərbaycan və rus bölməsinin şagirdləri qatılıblar. Oyun şagirdlərin sürətli hesab qabiliyyətini yoxlamaq, əyləncəli və səmərəli zaman keçirmələri məqsədilə təşkil olunub. Yarışda hər iki bölmədən 2 komanda olmaqla ümumilikdə 4 komanda mübarizə aparıb. Yüksək və sağlam rəqabət ruhunda keçən oyunda Azərbaycan bölməsindən “A” komandasının şagirdləri qalib gələrək mükafat qazanıblar. “C” və “D” komandaları eyni hesabla 2-ci yeri paylaşıb, “B” komandası isə cüzi fərqlə 3-cü yerdə qərarlaşıb.

Sonda qaliblərə mükafatlar təqdim olunub və  şagirdlərlə xatirə şəkli çəkilib.

kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты