Kaspi Liseyinin şagirdi də olimpiadanın medalçıları arasındadır
14 Декабрь 2022
Kaspi Liseyinin şagirdi də olimpiadanın medalçıları arasındadır
Kaspi Liseyinin şagirdi də olimpiadanın medalçıları arasındadır
Kolumbiyanın Boqota şəhəKaspi Liseyinin şagirdi də olimpiadanın medalçıları arasındadırrində keçirilən Yeniyetmələrin 19-cu Beynəlxalq Elm Olimpiadasında (IJSO 2022) ölkəmizi təmsil edən komandanın bütün üzvləri uğurlu nəticə qazanıblar. Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, 2-12 dekabr tarixlərində keçirilən olimpiadada komandamız 2 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb. Komandanın üzvlərindən İbrahim Valehli (Kaspi liseyi) və Sadiq Manafov (TDV Bakı Türk liseyi) gümüş medala layiq görülüblər. Digər şagirdlər - Selcan Şəfizadə (Fizika, riyaziyyat və informatika təmayüllü lisey), Aydan Qəmbərova (Kimya, biologiya təmayüllü respublika liseyi), Murad Xəlilzadə (Kimya, biologiya təmayüllü respublika liseyi) və Rəsul Ağakişiyev (Kimya, biologiya təmayüllü respublika liseyi) bürünc medal qazanıblar. Olimpiada qapalı test, nəzəri və laboratoriya mərhələlərindən ibarət olub. Kaspi Təhsil Şirkəti olaraq məktəblilərimizin möhtəşəm uğuru ilə qürur duyur, onlara yeni nailiyyətlər arzulayırıq!
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.