Kaspi Ağ Şəhər liseyinin müəllim və şagird kollektivi Fəxri Xiyabanda oldular
06 Декабрь 2024
Kaspi Ağ Şəhər liseyinin müəllim və şagird kollektivi Fəxri Xiyabanda oldular
Kaspi Ağ Şəhər liseyinin müəllim və şagird kollektivi Fəxri Xiyabanda oldular
12 dekabr - ölkəmizdə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü kimi qeyd olunur.
kaspi.edu.az xəbər verir ki, Kaspi Ağ Şəhər liseyinin müəllim və şagird kollektivi Fəxri Xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət ediblər. Kollektiv Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidəsi önünə gül qoyublar.
Liseyin direktoru Həsən Həsənov şagirdlərə Ulu Öndərin mənalı və şərəfli həyat yolu haqqında məlumat verib.
Kaspi Təhsil Şirkətinin bütün kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edir, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyir!
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.