Bu cür görüşlərin tez-tez təşkil olunması şagirdlərdə kitaba marağı daha da artırır

Kaspi Bakıxanov Liseyinin kitabxanasında “Sürətli oxu, çevik düşüncə” adlı görüş keçirilib. Liseyin kitabxanaçısı Nərgiz Zülfiyevanın təşəbbüsü ilə baş tutan görüşün qonağı yazıçı Xəyalə Murad olub. Liseyin sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın verdiyi məlumata görə, görüşdə liseyin 3-cü sinif şagirdləri iştirak edib. “Müəllifin sürətli oxu ilə bağlı maraqlı söhbəti şagirdlərin böyük marağına səbəb oldu”.

Liseyin kitabxanaçısı Nərgiz Zülfiyeva qeyd edib ki, bu tip görüşlərin tez-tez təşkil olunması şagirdlərdə kitaba marağı daha da artırır və mütaliəni uşaqlara sevdirir.

Görüşdən məmnun qalan Xəyalə Murad şagirdlərin suallarını cavablandırıb. Liseyin direktoru Cahid Hüseynov tədbirin sonunda səmimi görüşə görə qonağa təşəkkürünü bildirib.

kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты