7 və 8-ci sinif şagirdləri mübarizə aparıblar

7 və 8-ci sinif şagirdləri mübarizə aparıblar

7 və 8-ci sinif şagirdləri mübarizə aparıblar

7 və 8-ci sinif şagirdləri mübarizə aparıblar

Kaspi Bakıxanov liseyində Riyaziyyat fənni üzrə “Bilik yarışı” keçirilib. Yarışda Kaspi Bakıxanov və Kaspi Ağ Şəhər liseyinin 7 və 8-ci sinif şagirdləri mübarizə aparıblar.

Liseydən verilən məlumata görə, yarışın keçirilməsində məqsəd şagirdlərin əylənərək riyazi - məntiqi biliklərini sınamaq, bu sahədə savadlarını artırmaq və maraqlı asudə vaxt keçirmək üçün onlara şərait yaratmaq idi: “Yarışmada qaliblik uğrunda liseylərin hər birindən 3 sinif, ümumilikdə 6 komanda mübarizə apardı. Şagirdlər yüksək rəqabət ruhunda yarışdılar. Nəticələr bir-birinə kifayət qədər yaxın idi. Sonuncu - həlledici sualdan sonra qaliblər müəyyənləşdi”.

Yarışın nəticəsi olaraq 7-ci siniflər üzrə Kaspi Ağ Şəhər liseyinin, 8-ci siniflər üzrə Kaspi Bakıxanov liseyinin şagirdləri qələbə qazanıblar. Sonda qalib komandaların şagirdləri strateji məntiq oyunu ilə mükafatlandırılıblar.

kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты