11-ci sinif şagirdləri həm əylənib, həm öyrəniblər
23 Декабрь 2024
11-ci sinif şagirdləri həm əylənib, həm öyrəniblər
Kaspi Bakıxanov Liseyində “Zəif bənd” oyunu keçirilib.
Liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın verdiyi məlumata görə, yarış liseyin 11-ci sinifləri arasında keçirilib. Riyaziyyat fənn rəhbəri Rövşən Dünyamalıyevin təşəbbüsü ilə baş tutan oyun şagirdlərin həm əylənməsinə, həm də öyrənməsinə şərait yaradıb: “Dərslərin ağırlığı, imtahan stressinin get-gedə artdığı bir zamanda bu əyləncəli oyun 11-ci siniflər tərəfindən maraqla qarşılandı. Liseydə mütəmadi olaraq keçirilən intellektual və əyləncəli yarışlar şagirdlərin sosiallaşmasına, komanda şəklində işləməsinə və biliklərini artırmasına kömək edir”.
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.