Kaspi liseylərində ixtisaslı həkim (tibb bacısı) fəaliyyət göstərir. İlk tibbi yardım saat 08:00-dan 16:00-dək məktəbin tibb otağında göstərilə bilər.
Məktəbdə xəstəlik halı, qəza və ya hər hansı xəsarət alma baş verərsə, şagird məktəbin həkim otağına aparılır. Zərurət yarandıqda, ona ilk tibbi yardım göstərilir və dərhal valideynlərlə əlaqə saxlanılaraq şagirdi məktəbdən götürmələri xahiş olunur. Şagirdə təcili tibbi yardım çağırılmasına zərurət yaranarsa, məktəb şagirdin valideyni ilə təcili əlaqə saxlayır və yalnız bundan sonra valideynin razılığı və seçimindən asılı olaraq şagird müvafiq tibb müəssisəsinə aparılır. Əgər şagirdə təcili tibbi yardım çağrılmasına zərurət yaransa və bu halda valideynlərlə əlaqə saxlamaq mümkün olmazsa, məktəb şagirdin sağlamlığı üçün müvafiq addımları atacaqdır. Bu zaman xəstəxana xərcləri valideyn və ya qanuni nümayəndə tərəfindən ödənilir. Bu baxımdan valideynlərin məktəbdə dəqiq ev, mobil və ya iş telefon nömrələri, həmçinin fövqaladə hallarda valideynlərlə əlaqə saxlamaq mümkün olmadığı təqdirdə başqa bir əlaqə nömrəsinin məktəbdə olması çox vacibdir. Keçici xəstəliyi olan şagirdlər sağalana qədər evdə qalmalıdırlar.
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.