Psixoloji Dəstək
- Ana Səhifə
- Xidmətlər
- Psixoloji Dəstək
Psixoloji Dəstək
Məktəb psixoloqu pedaqoji heyətin üzvü olub müəllimlərlə birgə fəaliyyət göstərir. Məktəbdə psixoloji xidmətin məqsədi şagirdlərin sosial-emosional inkişafı, şəxsiyyətlərarası problemlərin həll olunması, onların akademik proqramları mənimsəməsi, eləcə də davranışında yaranan çətinliklərin aradan qaldırılması və məktəbə yeni gəlmiş şagirdlərin yeni mühitə uyğunlaşması prosesində köməklik göstərməkdir.
Şagirdlər gün ərzində ehtiyac yarandıqa və ya sinif rəhbəri, yaxud da fənn müəlliminin tövsiyyəsi ilə psixoloqla görüşə bilərlər. Ehtiyaclardan asılı olaraq psixoloq şagirdlərlə növbəti görüşləri təyin edə və məsləhət saatları keçirə bilər.
Məktəb psixoloqunun vəzifələri aşağıdakılardır:
Məktəbə yeni gələn şagirlərin məktəbə uyğunlaşması məqsədi ilə onlara təqdimat keçirmək;
Şagirdlərin təlim nailiyyətlərini inkişaf etdirmək, etibarlı və təhlükəsiz məktəb mühitini təmin etmək məqsədilə müvafiq proqramlar hazırlamaq və təqdimatlar keçirmək;
Müəllimlər, inzibati heyət və valideynlərlə əməkdaşlıqda müsbət imic yaratmaq;
Şagirdlərin sosial və emosional problemləri anlaması və aydınlaşdırması, ünsiyyət bacarıqlarını inkişaf etdirməsi, münaqişələrin həll edilməsi və düzgün qərar edilməsində fərdi və ya qrup şəklində məsləhət və müdaxilə üsulları ilə köməklik göstərmək;
Şagirdlərin müvafiq ehtiyaclarına və yaxud sinif və ya fənn müəlliminin tövsiyyəsinə əsasında fərdi və kiçik qrup şəklində məsləhət xidmətləri göstərmək;
Şagirdlərin şəxsi məlumatlarının məxfiliyini qorumaq;
Sataşma (bullinq) və şiddət əleyhinə qabaqlayıcı tədbirlər proqramını hazırlamaq və onu tətbiq etmək;
Baş verən təhlükəli davranışları aşkar etmək və onları həll etməyə çalışmaq;
Valideynlərlə iş (seminar, fərdi və qrup görüşləri).