İnformasiya Texnologiyaları (İT)

İnformasiya Texnologiyaları (İT)

İnformasiya Texnologiyaları (İT)

STEAM – ingilis dilində Elm (Science), Texnologiya (Technolgoy), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Mathematic) birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması və cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil proqramıdır. STEAM şagirdlərdə tənqidi və yaradıcı təfəkkür, qazanılan biliklərin müqayisəli şəkildə anlaşılması, yeni layihələr əsasında biliyin yaradıcı formada möhkəmləndirilməsi, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırır. STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.

STEAM Proqramı:

Texnologiya sahəsində maraq yaradır;

Toxunaraq və sınaqdan keçirərək öyrənmə metodu ilə öyrənməni təmin edir;

Şagirdlərə XXI əsr bacarıqlarını qazandırır;

Şagirdlərdə sadəcə zehni inkişafa deyil, eyni zamanda onların fiziki (kiçik motorikanın) inkişafına da köməklik göstərir.

Məktəbdə fəaliyyət göstərən STEAM Akademiyasının proqramına əsasən I-VI siniflərdə İKT və robotika dərsləri, digər siniflərdə isə robotika, kodlaşdırma, proqramlaşdırma, rəqəmsal incəsənət və s. dərnəklər təşkil edilir. Şagirdlər öz arzu və intellektual bacarıqlarına əsasən bu dərnəklərdə iştirak edə bilərlər.

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız