Zəfər Günün mübarək, Azərbaycan!

Zəfər Günün mübarək, Azərbaycan!

Zəfər Günün mübarək, Azərbaycan!

Kaspi liseylərində 8 Noyabr- Zəfər bayramına həsr olunan silsilə tədbirlər keçirilir

8 Noyabr - Azərbaycan xalqının şanlı tarixinə yazılmış qəhrəmanlıq salnaməsidir. Xalqımız bu gün böyük ZƏFƏR bayramını sevinc və qürur hissi ilə qeyd edir. Bu tarix Qarabağın 30 illik işğaldan azad edildiyi gün kimi ölkəmizin şərəf tarixində əbədi qalacaq gündür. Tarixi ədalətin bərpası, əzəli Azərbaycan torpaqlarının ərazi bütövlüyünün bərpa olunduğu bu şərəfli gün rəşadətli ordumuzun şücaəti, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi və xalqımızın birliyi sayəsində qazanılıb.

Ölkəmizin hər yerində və xarici ölkələrdə yaşayan Azərbaycan icmaları tərəfindən Zəfər Günü təntənə ilə qeyd edilir.

Kaspi Ağ Şəhər Liseyində təşkil olunan “Zəfər bayrağı” və Bakıxanov filialında keçirilən “Qarabağda dalğalanan bayrağım” tədbirləri də vöyük Qələbəmizə həsr olundu. Tədbirdə Vətənin əmin-amanlığı və firavanlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Kaspi Təhsil Şirkəti İdarə Heyətinin sədri Sona Vəliyeva tədbir iştirakçılarını salamlayaraq Zəfər Gününün milli şərəf tarixi, fəxarət günü olduğunu qeyd etdi: “Bu gün Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır”. Təsisçi Lisey şagirdlərinin ifasında səslənən Azərbaycan Himninin qüdrətindən söz açdı: “Bu şagirdlər tamamilə fərqli – daha ürəkli, alnıaçıq, üzüağ, qalib ölkənin vətəndaşları kimi böyüyürlər. Bizim gəncliyimiz Meydan hərəkatı illərinə təsadüf etdi. Nə vaxt ki, Topxana meşəsinə baltalar vuruldu, türkün ruhu oyandı. Bütün məsələlər ruhla bağlıdır. Biz o döyüşdə təkbətək döyüsəydik əlbəttə, qalib gələrdik. İllər keçdi, başımıza çox fəlakətlər gəldi. Ermənilərin havadarları onların müvəqəqti “qalib” gəlməsinə səbəb oldu. Əlbəttə, bu “qələbə” həmişəlik ola bilməzdi. Bizim dövlətimizin illərlə güclənməsi, Ulu Öndər Heydər Əliyevin güclü siyasəti, bütün dünyaya Azərbaycanı tanıtması, haqq səsimizin dünyaya bəyan olması öz rolunu oynadı”. S.Vəliyeva qeyd etdi ki, Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasət nəticəsində torpaqlarımız işğaldan azad olundu. Dünya dövlətləri arasında sözümüzün güclü olması, xalqın, dövlətin bir yumruq ətrafında birləşməsinin təsdiqi kimi bu gün tarixə yazıldı: “Şükürlər olsin ki, biz bu gün qalib dövlətik. Zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu tarix - 44 günlük Vətən Müharibəsi və 23 saatlıq 51 saniyəlik lokal antiterror əməliyyatların baş verməsi, xəritədəki ərazi bütövlüyümüzün təmin olunması və beləliklə, 200 ildə xalqın itirdiyi və gözləyərək əldə etdiyi ərazi bütövlüyüdür. Bu münasibətlə bütün xaqlımızı, dövlət başçımızı, ordumuzu təbrik edirəm! Məhz Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və iradəsi nəticəsində xalq, dövlət və ordu birləşdi. Bu birlik sayəsində biz bu gün Zəfər bayramını qürurla qeyd edirik!” S.Vəliyeva tədbirdə iştirak edən şəhid analarına, qazilərə sələndi: “Mən sizin qarşınızda baş əyirəm. Azərbaycan xalqı həmişə canı və qanı bahasına tariximizə şanlı zəfəri yazan igidlərimizi ehtiramla yad edəcək”.

Şəhid anaları adından çıxış edən Şəmsiyyə Nəcəfova “Bu tarixi günü bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm”- deyə söylədi. Çıxış edən qazilər torpaqlarımızın azadlğı uğrunda döyüşməkdən qürur duyduqlarını bildirirək, böyüyən gəncləri daim Vətənin müdafiəsinə hazır olmağa çağırdılar.

Tədbirlərdə lisey şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olundu. Qonaqlar həmçinin liseylərin foyesində şagirdlərin vətənpərvərlik mövzusundan ibarət rəsm sərgisi ilə tanış oldular. 

Zəfər Bayramımız mübarək!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız