Şagirdlər beynəlxalq sertifikatlarla təltif olunublar
05 Noyabr 2025
Şagirdlər beynəlxalq sertifikatlarla təltif olunublar
Kembric imtahan sertifikatları dünyanın 25 min təşkilatı tərəfindən tanınır
Kaspi Bakıxanov liseyinin şagirdləri Cambridge Assessment-in təşkil etdiyi Starters, Movers, Flyers, KET, PET, FCE imtahanlarına qoşularaq İngilis dili bilik və bacarıqlarını yoxlayaraq rəsmi qurum tərəfindən beynəlxalq sertifikatlar əldə ediblər. Liseydən verilən məlumata görə, bununla əlaqədar olaraq, liseydə təqdimat mərasimi təşkil edilib və şagirdlər beynəlxalq sertifikatlarla təltif olunublar.
Liseyin direktoru Cahid Hüseynov şagirdləri qazandıqları uğurlu nəticələr münasibəti ilə təbrik edib.
Xatirladaq ki, Kembric imtahan sertifikatları dünyanın 25 min təşkilatı tərəfindən tanınır və hər il bu imtahanlarda 5,5 milyon insan iştirak edir. Kembric imtahanları şagirdlərə yiyələndikləri 4 əsas dil bacarıqlarını - danışıq, dinləmə, yazı və oxuma bacarıqlarını eyni vaxtda ölçə bilmə imkanını yaradır.
Eləcə də bu imtahanlar sayəsində valideynlər ingilis dili üzrə istənilən səviyyədə övladlarının inkişaf dinamikasını müşahidə edə bilirlər.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.