Məktəbdə beynəlxalq səviyyəli SAT və IELTS imtahanları da uğurla təşkil olunub.
Kaspi Bakıxanov liseyində şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə müxtəlif səviyyəli imtahanlar təşkil edilib. Cari tədris ilinin planına əsasən keçirilən imtahanlar 8–11-ci sinifləri əhatə edib və hər sinif səviyyəsinə uyğun olaraq fərqli istiqamətlərdə aparılıb. Liseydən verilən məlumatda qeyd edilir ki, 8-ci siniflərdə Buraxılış, 9-11-ci siniflər üzrə isə Blok imtahanları keçirilib: “İmtahanların əsas məqsədi şagirdlərin real nəticələrini müəyyənləşdirmək, onların bilik və bacarıqlarını obyektiv qiymətləndirmək, həmçinin tədris prosesini daha səmərəli planlaşdırmaqdan ibarət idi”.
Yerli imtahanlarla yanaşı, məktəbdə beynəlxalq səviyyəli SAT və IELTS imtahanları da uğurla təşkil olunub. Bu imtahanlarda iştirak edən şagirdlər beynəlxalq standartlara əsasən öz bilik və bacarıqlarını nümayiş etdiriblər: “SAT və IELTS imtahanlarının təşkili məktəbimizin qlobal təhsil standartlarına uyğun fəaliyyət göstərdiyini və şagirdlərə beynəlxalq təhsil imkanları yaratdığını bir daha təsdiqləyir”.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.